Misafir Kullanıcı
22 Mart 2023
20-21 mart 2023, 6 nəfərə 3 otaq götürmüşük. Heç birimiz bəyənmədik. Otaqlar qaranlıq, 2 lampa və 5 noçnik yerləşdiriblər. Adambaşı 0.5 litr su, əlavə istədikdə hər butılka üçün 1 azn istədilər. Wi-fi ancaq lobby'də tutur, məcbur MB götürdük. Basseyn çirkli, jakuzidə iyrənc bulanıq su. Növbahar restoranı var otelin nəznində, oturmuşuq yaxınlaşan yoxdur, ayağa qalxdıq ki bəlkə kimsə baxsın, xanım yaxınlaşdı menu təqdim etdi, sifarişə keçdikdə başqa xanım yaxınlaşdı ki, ancaq fastfood və sup var, istədikləriniz B korpusumuzdadır, ora getdik,dedilər axşam gələrsiz, qayıdın A korpusa, biz mətbəxə tapşıracayıq və biz bundan sonra ümumiyyətlə ora getmədik. Qeydiyyat bardan xəbərsiz, bir korpus digərindən xəbərsiz. Bir sözlə xidmət 0. Heyif verilən 375 azn + adambaşı 1.30 azn.